image-reklam-veteninfo
image-643e3603ebdaebackend

Rusiyanın Baltik Donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

image-reklam-veteninfo

Rusiyanın Baltik Donanması təftiş çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Baltik Donanmasının mətbuat xidmətindən məlumat yayılıb.  Donanmanın Baltik dənizindəki bazasında yerləşən qüvvələr təftiş çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilərək təlimə başlayıb.

Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnika, təyyarə və helikopter iştirak edir.

Müdafiə naziri Sergey Şoyqu aprelin 14-də təftiş çərçivəsində Sakit Okean Donanmasının müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Qeyd edək ki, prezident Vladimir Putin dünən Şoyquya Rusiya donanmalarında təftişlərin aparılmasını tapşırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki