image-22backend

Rusiyanın bombardmanı nəticəsində  ölənlərin sayı 15-ə çıxıb

image-reklam_sirab_01

Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində Rusiyanın bombardmanı nəticəsində vurulan mənzildə can itkisi 15-ə, yaralıların sayı isə 24-ə yüksəlib.

Vətəninfo.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada dağıntıların təmizlənməsi, axtarış-xilasetmə işlərinin sona çatdığı, can itkisinin 15-ə yüksəldiyi, yaralananların sayının isə 24 olduğu bildirilib.

Qeyd olunub ki, bombardman nəticəsində qismən dağılan mənzildən 14 yaşlı bir qız da daxil olmaqla 2 nəfər xilas edilib.

Xatırladaq ki, aprelin 14-də Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinə raket zərbəsi endirib və hücum nəticəsində dağıdılan 6 mərtəbəli yaşayış binasında 9 nəfərin həlak olduğu bildirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki