image-37e4b082-cbc1-48b1-87b7-98f3866aff14backend

“Rusiyanın qələbəsi fəlakət olar, Ukraynanın qələbəsi isə…” – Le Pen danışıqları ən yaxşı yol hesab edir

image-reklam_sirab_01

Fransa ultrasağçı siyasi qüvvələrinin başçısı Mari Le Pen Ukraynada savaşın dərhal dayandırılmasına və danışıqlara başlanmasına dair çağırış edib.

“El Pais” nəşrinə müsahibə verən tanınmış siyasətçi hesab edir ki, Ukrayna üçün ən yaxşı variant danışıqlara başlamaqdır. Ukraynanın, yaxud Rusiyanın tam qələbəsi isə dünyaya yaxşı heç nə vəd etmir: “Rusiyanın qələbəsi fəlakət gətirəcək, Ukraynanın qələbəsi isə üçüncü dünya müharibəsinin başlaması demək olacaq”.

Xatırladaq ki, Le Pen Fransada Rusiyaya ən çox bağlı olan aparıcı siyasətçi sayılır. Hələ 2014-cü ildə onun partiyasının Rusiya bankından 9 milyon avro alması üzə çıxmışdı və bunun ətrafında böyük qalmaqal baş vermişdi.

Ancaq Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra Le Pen Putin hakimiyyətini əvvəlki kimi dəstəkləməkdən çəkinir. İndi o, hətta Ukraynaya silah verilməsinin tərəfdarı olduğunu bildirir, ancaq bir şərtlə ki, bu silahlar hücum yox, müdafiə xarakterli olsun.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki