image-image_750x_644f4af782ab8backend

“Rusiyaya cavabımız aydın və vahid olmalıdır”- Gürcüstan prezidenti

image-reklam_sirab_01

“Qərb tərəfdaşları başa düşməlidirlər ki, qəti qərarlar qəbul etmək vaxtıdır və tərəddüd etməmək lazımdır. Rusiyaya cavabımız aydın və vahid olmalıdır”. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

O, Gürcüstanın NATO-ya üzvlüyünün Rusiyaya aydın cavab olacağını vurğulayıb.
Zurabişvilinin fikrincə, Rusiyanın işğalı “bütün dünya və xüsusən də Avropa qitəsi üçün təhlükənin miqyasının yeni dərk edilməsinə səbəb oldu”.

O qeyd edib ki, Gürcüstan üçün yeni geosiyasi vəziyyət digər məsələlərlə yanaşı, ölkə hakimiyyətinin orada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə etməli olması deməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki