image-1-43-750x470backend

Ruslardan separatçılara tərs sillə: “Təhlükəsizliyinizə təminat vermirik”

image-reklam_sirab_01

Son günlər Qarabağdakı separatçılar yeni seçkilər keçirmək ətrafında müzakirələri genişləndiriblər. Vətəninfo.az xəbər verir ki, bunun əsas təşəbbüskarı isə separatçıların rəhbəri Arayik Harutyunyandır.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bununla bağlı yazır ki, Arayik dəfələrlə öz yaxın ətrafına və separatçıların digər nümayəndələrinə bildirib ki, son aylar Qarabağda yeni vəziyyət formalaşıb.     Onun sözlərinə görə, Qarabağdakı siyasi qüvvələrin balansı və hökumətin tərkibi bölgədə hökm sürən əhval-ruhiyyəni əks etdirmir. “O deyib ki, əhalinin fikirlərini nəzərə alaraq, yeni hökumət və parlamentin qurulmasına ehtiyac var,. Bunu da yeni seçkilərlə etmək mümkündür”.

Erməni nəşri qeyd edib ki, Harutyunyan seçkilər keçirilərsə, o iştirak etməyəcək. “O hesab edir ki, bundan sonrakı mərhələdə gənclər qabağa verilməlidir”.

Bu əsnada məlum olub ki, Qarabağdakı separatçılar Ruben Vardanyanın “növbədənkənar seçkilərdə” iştirak etməsinin əleyhinədir. Erməni mediası isə yazır ki, Vardanyanın “seçkilər”də iştirakına qəti qadağa qoyulub. “Əvvəlcə Qarabağdakı siyasi qüvvələr yeni seçkilər təşkil edə və vəziyyəti sakitləşdirə biləcəklərini düşünürdülər. Lakin “parlament” sərdinin bəyanatından sonra mövzu genişləndi. Bunun ardından isə Qarabağın keçmiş “prezident”ləri, Ermənistan hökuməti və Rusiya proseslərə müdaxilə etməyə başladı”.

“Hraparak”ın özəl mənbələrə istinadən yazdığına görə, dünən Rusiyadan Qarabağdakı separatçılara xəbərdarlıq edilib. “Kremldən Qarabağdakı siyasi qüvvələrə xəbərdarlıq edilib ki, sülhməramlılar seçkilərin dinc və təhlükəsiz şəkildə təmin etmək gücləri yoxdur. Ona görə də, belə addımlardan çəkinməyə çağırıblar”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki