Vətəninfo.az xəbər verir ki,bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun doğum günüdür.
65 yaşını qeyd edən sabiq məclis sədri 14 yanvar 1960-cı ildə Şərur rayon Aşağı Aralıq kəndində anadan olub. 1995-ci ildən 2022-ci ilə kimi Naxçıvan MR-sı Ali Məclisinin sədri olan Vasif Talıbov, eyni zamanda Azərbaycan Respublilası Milli Məclisinin ll, lll, lV, V və Vl-cı çağırış üzvü olub.
Vasif Talıbovla bağlı təbrik paylaşımlarını isə ilk olaraq böyük oğlu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov təbrik edib.
Rza Talıbov özünün sosial paylaşım platformalarında Vasif Talıbovun fəaliyyətini əks etdirən fotolar paylaşıb.