image-zebackend

Saakaşvilinin həyatını xilas etməyin yeganə yolu budur – Zelenski AÇIQLADI

image-reklam_sirab_01

Zelenski Saakaşvilinin həyatını xilas etməyin yeganə yolunu açıqlayıb.

Volodimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyatını xilas etməyin yeganə yolunun Avropa İnsan Haqları Məhkəməsinin qərarı olduğunu deyib:

“Mixail Saakaşvilinin həyatı indi siyasi və ya hansısa şəxsi deyil, sırf etik qərardan asılıdır. Bunun üçün ciddi hüquqi əsası var”, – Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, əgər insanın tibbi yardıma ehtiyacı varsa və onun həyatı bundan asılıdırsa, o zaman addım atmaq zəruridir:

“Mən bilirəm ki, Mixailin vəkilləri ona lazımi müalicəni təmin etmək üçün indi Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) təcili apellyasiya şikayəti veriblər. Və belə görünür ki, bu, onun həyatını xilas etməyin yeganə yoludur”, – deyə Zelenski fikirlərini tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki