SDU-nun rektoru vəzifəsindən azad olundu ADSU-nun rektoru təyin edildi-SƏRƏNCAM
Veteninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizovu tutduğu vəzifədən azad edib, Prezident digər bir sərəncamla Rüfət Eyvaz oğlu Əzizovu zərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edib.