Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şirvan şəhərində qəbul keçirəcək.
Bu barədə Veteninfo.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 21-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şirvan Gənclər Evində Şirvan, Hacıqabul, Salyan, Neftçala şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 17 fevral 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.