image-1backend

Selcuk Bayraktar :” İran Prezidentinin helikopterinin qəzaya uğradığı yeri “Akıncı” PUA-ları tapıb”

image-reklam_sirab_01

“Ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub”.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

O həmçinin bildirib ki, Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.

“Azərbaycandakı texniki heyəti buna hazır idi”, – şirkət rəhbəri deyib.

Xatırladaq ki, “Akıncı” PUA-sı Rəisinin qəzaya uğramış helikopterinın yerini tapandan sonra İranın Qızıl Aypara Cəmiyyətinin məmuru jurnalistlərə demişdi ki, helikopterin yerini İran vasitələri özləri aşkar edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki