image-22222backend

Sənada ərzaq üstündə izdiham: 90 nəfər həlak oldu

image-reklam_sirab_01

Yəmənin  Səna şəhərində  sədəqə paylanması zamanı yaranan izdihamda ən azı 90 nəfər ölüb, 300-dən çox adam yaralanıb. Vətəninfo.az xəbər verir ki,  bu barədə cümə axşamı fövqəladə hallar xidmətinin mənbələrinə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.

Hadisə ötən gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib.

Telekanalın məlumatına görə, izdiham “bir neçə tacir” tərəfindən sədəqə paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib.

Ənsar Allah Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat insidentin araşdırılması üçün daxili işlər orqanları və prokurorluq nümayəndələrindən ibarət komissiyanın yaradılması barədə göstəriş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki