image-reklam-veteninfo
image-1backend

SEPAH Bəhreyndə ABŞ-nin hərbi aviabazasına hücumun görüntülərini yaydı

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus hərbi infrastruktura endirilən növbəti zərbənin görüntülərini yayımlayıb.

Məlumata görə, hücumun hədəfi Bəhreyndə yerləşən Şeyx İsa aviabazasındakı radiolokasiya stansiyası olub.

SEPAH hücumun İranın hava məkanının dəfələrlə pozulmasına cavab olaraq həyata keçirildiyini bildirib.

Qurumun açıqlamasına əsasən, əməliyyat zamanı “Shahed-136” və “Shahed-238” kamikadze dronlarından istifadə edilib.

Yayımlanan videoda “Shahed-238” pilotsuz uçuş aparatları üçün nəzərdə tutulduğu bildirilən yeni tip buraxılış qurğusu da diqqət çəkir.

Hücumun nəticələri, radiolokasiya stansiyasına dəyən ziyanın miqyası və ABŞ tərəfinin hadisəyə münasibəti barədə hələlik müstəqil təsdiqlənmiş məlumat yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki