Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus daha bir pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.
Vətəninfo.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, İranın hava hücumundan müdafiə qüvvələri bir neçə saat öncə Hörmüz boğazının şərq hissəsində, Sirik şəhəri yaxınlığında ABŞ-yə məxsus MQ-1 tipli dronunu vuraraq zərərsizləşdirib.
Qurumun iddiasına əsasən, bu, İranın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan sayca 14-cü ABŞ pilotsuz uçuş aparatıdır.


























