SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı general Təngsiri bildirib ki, onlar Xəzər dənizində hərbi parad keçirirlər.
Vətəninfo.az xəbər verir ki, general açıqlamasında bildirib: “Bu gün Xəzər dənizi, Fars körfəzi və Oman dənizində məzlum Fələstin xalqına dəstək üçün Bəsic qüvvələrinin 2700-dən çox gəmisi Fələstin xalqına dəstək paradında iştirak edir.Bu parad 5 müqavimət ölkəsində də keçirilir və onlar öz döyüş qabiliyyətini nümayiş etdirirlər”.