image-1-32backend

Separatçılar ailələrini Xankəndidən çıxarır: “siyasi elita” arasında parçalanma var

image-reklam_sirab_01

Qarabağdakı separatçılar ailələrini Xankəndidən Ermənistana köçürməyə başlayıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə “Ardar Ermənistan” partiyasının sədri Norayr Norikyan “Haykakan Jamanak” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, separatçıların nümayəndəsi Ruben Vardanyan da bu məlumatı təsdiqləyib. “Vardanyan deyib ki, həmin tanınmışların ailələri məzuniyyət adı ilə Qarabağdan Ermənistana köçürülür. Bu prosesi isə Rusiya sülhməramlı kontingenti həyata keçirir”.

Norikyan deyib ki, uzun illərdir belə məşhur ailələr Ermənistan və Qarabağlı məhv ediblər. “İmtiyazlılar qələbələrimizi puç etdi və onun adı ilə ölkəmizi talayıb milyonçu oldular. Mənim üçün bu, insani qınaq doğurur və bir hüquqşünas kimi bildirirəm ki, bu, hər bir ölkənin mühüm tərkib hissələrindən biridir: qanun qarşısında hamının bərabərliyi və dövlətin üzləşdiyi problemlərin bərabər şəkildə bölüşdürülməsi”.

Partiya sədri Qarabağdakı “siyasi elita” arasında parçalanma olduğunu da istisna etməyib. O deyib ki, hazırda əsas sual “Qarabağın siyasi elitası birləşib, ya yox”dur. “Onların Qarabağın taleyi ilə bağlı eyni fikirləri varmı? Vəziyyətdən çıxma prosesində Vitali Balasanyanın və Ruben Vardanyanın fikirləri eynidirmi? Yoxsa birgə işi istisna edən fərqli yanaşmalar var?”

O qeyd edib ki, Melkumyanın vəzifə başına gətirilməsi Qarabağdakı “siyasi elita”nın parçalanmasından xəbər verir. “Məncə, bunun əsl səbəbi sonra aydın olacaq. Əsasən Qarabağın siyasi elitasında homojenlik və regionun gələcək taleyi ilə bağlı dəqiq fikir yoxdur”.

Onun sözlərinə görə, Qarabağda “hakimiyyət” bir neçə hissəyə bölünüb. “Bu gün Qarabağda qərar verən kimdir? Əslində mandatla seçilən “prezident” var. Amma məsələ odur ki, o, öz öhdəliklərini tam yerinə yetirir, yaranmış vəziyyətə nəzarət edir, ya yox, bəlli deyil. Qarabağ “təhlükəsizlik şurası”nın hansı səlahiyyətlərə malik olması, onun yeni “katib”inin “dövlət naziri”nə nə dərəcədə tabe olacağı da maraqlıdır. Yəni Arayik Harutyan oyunun içindədir, yoxsa oyundan kənarda qalıb? Mən düşünürəm ki, Qarabağda heç də az təsirə malik olmayan və mənfi əhval-ruhiyyə yaratmaqla məşğul olan qeyri-rəsmi qüvvələr var”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki