image-xtq_gece1667542121backend

Separatçılarla hərbçilərimiz arasında insident: ermənilər ərazidən qovuldu 

image-reklam_sirab_01
Azərbaycan ordusu son günlər səssiz müharibə taktikası ilə Qarabağda irəliləyir. İşğalda qalan ərazilər separatçılardan təmizlənir. Bu proseslərdə əsasən komanda birliklərinin iştirak etdiyi deyilir.

Vətəninfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, ordumuzun növbəti əməliyyatları zamanı insident yaşanıb. Bildirilir ki, nəzarətə götürülən yeni mövqeyə gələn separatçı tör-töküntülər hərbçilərimizin buranı tərk etməsini istəyiblər.

Hadisə zamanı sülhməramlıların da ərazidə olduğu deyilir. Sülhməramlıların və separatçıların təkidlərinə baxmayaraq, hərbçilərimiz nəzarətə götürdükləri mövqelərdən geri çəkilməyiblər. Bu məqamda separatçılarla hərbçilərimiz arasında insident yarandığı deyilir. Azərbaycan ordusunun hərbi qulluqçuları separatçıların cavablarını artıqlaması ilə verərək, onları ərazidən uzaqlaşdırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki