image-defaultbackend

Sergey Lebedev: Qərb MDB ölkələrində sabitliyi pozmaq üçün təxribatlar hazırlayır

image-reklam_sirab_01

Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi bəyan edib ki, Qərb dövlətləri MDB-də sabitliyi pozmaq üçün təxribatlar hazırlayır.Vətəninfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Sergey Lebedev deyib.

MDB-də belə bir məlumatın olub-olmadığını soruşduqda Lebedev “təəssüf ki, belə məlumatlar mövcuddur” deyib.

Onun sözlərinə görə, MDB ölkələrində vəziyyətin sabitliyini pozmaq cəhdləri “aşkardır və gizli deyil”.

MDB rəhbəri bununla belə, bu təşkilatın uzun illər qorunub saxlanılacağına əminliyini ifadə edib.

O qeyd edib ki, MDB ölkələri bir-biri ilə sıx əlaqədə olmaqla yanaşı, “yan-yana yaşamağa məhkum olan” qonşulardır.

Lebedevin fikrincə, Ukraynanın MDB ilə əlaqələrini kəsməsi nə MDB, nə də həmin ölkə üçün yaxşı heç nəyə gətirib çıxarmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki