image-meksika-esgerbackend

Sərhəddə dəhşətli yanğın – 39 nəfər öldü

image-reklam_sirab_01

Meksikada ABŞ sərhədinə yaxın immiqrasiya mərkəzində baş verən yanğında 39 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında yanğına “deportasiya gözləyən qaçqınlar”ın səbəb olduğunu deyib:

“Etiraz olaraq sığınacağın qapısına döşəklər qoyub yandırdılar və bunun dəhşətli faciəyə səbəb olacağını düşünmürdülər. Düşünürük ki, deportasiya olunacaqlarını öyrəndikləri üçün bunu ediblər”.

Qeyd edək ki, Meksika COVID-19 epidemiyası zamanı ABŞ-nin təzyiqi nəticəsində immiqrasiyanın qarşısını almaq üçün məhdudiyyətləri artırıb və buna görə də sərhədə yaxın obyektlərdə saxlanılan sığınacaq axtaranların sayı xeyli artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki