Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Veteninfo.az xəbər verir ki, 23 dekabr 2024-cü il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov aparatın məsul işçilərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Qaldırdıqları bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilib, fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.