image-img-20250205-wa0080backend

Seymur Orucov Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib – FOTOLAR 

image-reklam_sirab_01

Ağstafa RİH başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Böyük Kəsik kənd tam orta məktəbində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səyyar qəbuldan əvvəl Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflinin adına əbədiləşdirilmiş Böyü Kəsik kənd tam orta məktəb binasının önündə büstü və Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhid olmuş Seyfəddin Mahmud oğlu Muradovun xatirəsinə inşa olunmuş bulaq abidə kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və tapşırıqlar verilib. Yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması ilə əlaqədar nəzarətə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image