image-img-20250109-wa0045backend

Seymur Orucov bu il vətəndaşların ilk səyyar qəbulunu Qıraq Kəsəmən kənd yaşayış məntəqəsində keçirib

image-reklam_sirab_01

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun oaraq 2025-ci ildə Ağstafa rayonunda vətəndaşların səyyar qəbullarının keçirilməsinə start verilib. Müvafiq qrafikə uyğun olaraq cari ildə Qıraq Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan ilk səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səyyar qəbulu giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2024-cü il dövlətimiz və xalqımız üçün əlamətdar və uğurlu illərdən biri kimi tarixə yazıldı. Ölkəmizin hərtərəfli inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasi xətti ilə Azərbaycan hər ötən il dünyada nüfuz və etimadını daha da möhkəmləndirir. Ağstafada icra olunan abadlıq-quruculuq tədbirləri və sosial infrastruktur layihələr barədə məlumatlar diqqətə çatıdırlaraq bidirilib ki, görülən işlərin məqsədi əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasından ibarətdir.
Qəbulda vətəndaşların müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxslərinə zəruri tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image