image-img-20250213-wa0130backend

Somalili tələbələr Heydər Əliyev adına təqaüdən yararlanırlar

image-reklam_sirab_01

Azərbaycan xarici siyasətində dostluq, əməkdaşlıq münasibətləri hər zaman prioritet olmuşdur. Ölkəmiz bu istiqamətdə qarşılıqlı olaraq ölkələr, xalqlar arasında inkişafın istiqamətlərinə töhfə vermişdir. Elə bu əməkdaşlıq münasibətlərindən biri də Somali Prezidentinin Azərbaycana rəsmi səfəri ilə baş tutmuşdur. Onu da qeyd edək ki, tarixdə ilk dəfədir ki, bu ölkə Azərbaycana rəsmi – işgüzar səfərə gəlmişdir. Beləliklə səfər çərçivəsində fevralın 12-si tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış etmişdilər. Bəyanatda indiki və gələcək münasibətlərin inkişafından, əməkdaşlıq sahəsində imzalanmış sənədlərin əhəmiyyətindən və gələcəkdə həyata keçirilməli olan hədəflərdən bəhs edilmişdir.

Prezident İlham Əliyevin bildirdiyi kimi bu görüş və imzalanmış sənədlər qarşılıqlı əlaqələrin, ikitərəfli əməkdaşlıq, dostluq münasibətlərinin inkişafı üçün yeni səhifə açacaqdır. Görüş zamanı prezidentlər bir çox məsələləri müzakirə etmişlər. Müzakirə edilmiş məsələlər, əldə edilmiş razılıqlar iki ölkə arasında münasibətlərin yüksək səviyyə çatmasına imkan yaradacaqdır. Bəyanat zamanı prezident regionumuzda baş verən hadisələrlə bağlı Somali prezidentini məlumatlandırmışdır. Belə ki, Azərbaycanın torpaqlarının uzun illər erməni işğalında qaldığını, bu dövrdə ölkəmizin, xalqımızın üzləşdiyi çətinliklərdən, ədalətsizliyə məruz qalmasından bəhs edilmişdir. Həmçinin prezident bildirmişdir ki, bütün bunlara baxmayaraq Azərbaycan öz ərzi bütövlüyünü, suverenliyini məhz özü, öz gücü ilə bərpa etmişdir. Bu günü işğaldan azad olan torpaqlarda abadlıq-quruculuq işləri həyata keçirilir. Bu gün o torpqaların sakinləri öz yurdlarına qayıdırlar.
Prezidentlər görüş zamanı qarşılıqlı əməkdaşlıqlar sahəsində sərmayələrin cəlb edilməsindən də bəhs edilmişdir. Prezident İlham Əliyev bu istiqamətdə təhsilin vacibliyini də vurğulamışdır. Hətta Somalidən olan bir neçə tələbənin Heydər Əliyev adına təqaüddən yararlanaraq təhsil aldığı bildirilmişdir. Beləliklə, ölkəmizdə təhsil sahəsində inkişaf, dünya təhsil modelinə uyğunlaşma bu sahədə mühüm addımdır. Elə təhsil istiqamətində də Somali dövləti ilə mühüm sənədlər imzalanmışdır. Bu sənədlər təhsildə qarşılıqlı əlaqlələrin, ölkəmizdə təsil alan Somalidən olan tələbələrin daha da cəlb edilməsinə imkan yaradacaqdır.
İki ölkə arasında imzalanmış sənədlərdən biri də müdafiə sahəsində əməkdaşlığımızn inkişafına yönəlmişdir. Məlum olduğu kimi Azərbaycan torpaqlarını azad edərək güclü müdafiə sisteminə malik olduğunu göstərmiş oldu. Ölkəmiz müdafiə sənayesi sahəsində inkişaf edərək bir çox müdafiə avadanlığını istehsalını həyata keçirmiş oldu. Təbii ki, əldə etdiyimiz qələbə sadəcə müasir müdafiə avadanlıqlarına malik olmağımızla yekunlaşmır. Burada davamlı, sistemli təlimlər güclü, peşəkar ordunun yaranmasında böyük rol oynayır. Prezidentin də bildirdiyi kimi, düşmən tərəfindən 30 il ərzində qurulmuş müdafiə istehkam infrastrukturunu məhv edilməsi məhz yüksək peşəkarlığın nəticəsidir. Somali dövləti ilə müdafiə avadanlığının istehsalı, ordular arasında təlimlər gələcək əməkdaşlığımızın sahələrindəndir.
Prezidentin bəyanat zamanı səsləndirdiyi fikirlərdən biri də dövlət xidməti sahələrində birgə əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda uğurlu sistemə malik xidmətlərdən biri Asan xidmətdir. Bu xidmət tək ölkəmizdə deyil, bir çox beynəlxalq mükafata da layiq görülmüşdür. Bu sistem şəffaflığı, rahatlığı, hər kəs üçün əlçatanlığı ilə seçilir. Əməkdaşlığ sahəsində imzalanmış sənədlərə əsasən bu sistemin Somalidə də qurulması həyata keçirilə bilər. Prezidentlərin bəyanatı zamanı qlobal arenada, təşkilatlarda, beynəlxalq qurumlarda ölkələrimizin hər zaman bir-birinə dəstəyi davam etdiriləcəyi vurğulanmışdır.

Gülər Baxışova
Pedaqogika üzrə fəslsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image