image-2backend

SON DƏQİQƏ! Azərbaycan üçün unikal şərait yaranıb: girov saxlanılan vətəndaşlarımız…

image-reklam_sirab_01

“Xankəndidə separatçı rejim erməni əhalisindən borclarını təcili ödəməyi tələb edir: borcunu ödəməyənlər “məhkəmə” yolu ilə buna məcbur ediləcək”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, erməni əhalisinin separatçı rejimə ümumi borcu 150 milyard dramdır:

“Bu borclar adətən biznesin qurulması üçün kredit kimi götürülüb, müharibədən sonra nə biznes qura, nə də pulu qaytara bilirlər. Borcun qaytarılması tələbi ermənilərdə narazılıq yaradıb. Misal üçün, keçmiş Ağdərə rayonunda yanacaqdoldurma məntəqəsi işlədən, adının açıqlanmasını istəməyən şəxs erməni mediasına bildirir ki, artıq biznesi sıradan çıxıb, 3 milyon 290 min dram borcu artaraq 4 milyon 95 min olub.

“İstəsəm belə, bunu ödəyə bilmərəm. İşləmirəm, necə ödəyim? Bütün əmlakımı satışa çıxarmışam. Rusiyaya gedəcəm, yolun açılmasını gözləyirəm. Açsalar, burada heç kim qalmaz”, – erməni deyir.

Bu vəziyyət Qarabağdakı proseslərlə bağlı konkret nəticələr çıxarmağa imkan verir: separatçı rejim heç olmadığı qədər çıxılmaz vəziyyətdədir; erməni əhalisini “borc təhdidi” ilə özlərinə tabe etdirmək və Azərbaycana reinteqrasiya meyllərini sıradan çıxarmaq istəyirlər.

Borc məsələsi Azərbaycan üçün unikal şəraitdir və rəsmi Bakıya bir neçə istiqamətdə addım atmaq imkanı verir:

1. Erməni əhalisinə Azərbaycana reinteqrasiya prosesi çərçivəsində bütün borclarının sıfırlanacağı haqda müraciət oluna bilər;

2. Separatçıların erməni əhalisini girov saxladığı və təhdid etdiyi məsələsi beynəlxalq müstəvidə qaldırıla bilər, xüsusilə təmasların qurulması ideyasını dəstəkləyən ABŞ və Avropa İttifaqı qarşısında;

3. Qarabağı tərk etmək istəyənlər üçün yolun açıq olduğu elan edilə bilər: Laçın postunda ermənilərin rahat şəkildə keçdiyini əks etdirən görüntülər bu kontekstdə əhəmiyyətlidir, belə görüntülərin geniş yayılması daha effektli olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki