Vətəninfo.az xəbər verir ki,ABŞ-ın yeni prezidenti Donalt Tramp Rusiya Federasiyası prezidenti Vladimir Putini özünün “X” hesabında yaydığı açıqlamasında Ukrayna qarşı müharibə ilə bağlı hədələyib.
Tramp vurğulayıb ki, o iqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə çox böyük lütf edir:
“İndi sakitləşin və bu gülünc müharibəni dayandırın! Yoxsa, daha da pis olacaq. Tezliklə sövdələşmə əldə etməsək, Rusiyanın ABŞ və digər müxtəlif iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamayacaqdı. Bu müharibəni bitirmək zamanıdır! Biz bunu asan və ya çətin yolla edə bilərik. Asan yol həmişə daha yaxşıdır. Müqavilə bağlamaq vaxtıdır. Artıq heç bir həyat itirilməməlidir”.
Vətəninfo.az