Bu gün sizə bir gənci təqdim etmək istəyirəm. Bu gənc sizin sosial şəbəkələr barədə fikrinizi tam dəyişəcək və başqa prizma ilə baxmağa məcbur edəcək.
İmamverdiyev Məhəmməd , tik tok platformasinin ölkəmizdəki nümayəndəsidir.
Məhəmməd xaricdə təhsilini başa vurduqdan sonra Azərbaycana böyük həyallar ilə qayıdır , lakin covid pandemiyasi bu arzularin gerçəkləşməsinə imkan vermir.
Məhəmməd özünü sosial şəbəkələrdə sınamağa qərar verir , əyləncəli çarxlar ilə başlayaraq , Azərbaycanda tik tok platformasinin tək və rəsmi agentliyin müdiri olur və bu yolda müvəffəqiyyətlə irəliləyir.
Deyə bilərik ki, bu gəncimiz sosial şəbəkədən necə düzgün və faydalı istifadə etməsinin bariz nümunəsidir!
Tik tok tərəfindən təşkil olunmuş müsabiqə də birinci yer alib və bu platforma tərəfindən Azərbaycana ilk dəfə kuboku qətirən də Məhəmməddir.
Bu uğurdan sonra tik tok sosial şəbəkəsinin rəsmiləri ona agentliyin yaranması barədə təklif edir və bu artıq onun karyerasında bir dönüş yaradır.
Qeyd edim ki, Məhəmməd bu təklifi məmnuniyyətlə qəbul edir, çünki bu qurumun vasitəsilə, platformaya yeni gələnlərə düzgün yol göstərmək imkanına sahib olur və ən əsas ölkəsini təmsil etmək hüququnu qazanır.
Həmin agentliyinin ofisin açılmasina tik tokun rəsmiləri də təşrif buyurmuşdur və Məhəmmədin gördüyü işləri çox bəyənib onu
Qazaxıstanda da keçirilən regional konfransa dəvət etmişdilər.
Həmin tədbirdə qurduğu agentlik birinci 20 lik də yer alır və təltif olunur.
Nəzərə alsaq ki, sosial şəbəkələrin ölkənin təbliğində nə qədər töhvəsi var , anlayarıq ki, bu tək Məhəmmədin yox , bütün Azərbaycanin uğurudur. Çin , Cənubi Koreya, Özbəkistan , Qazaxıstan və s. ölkələr arasında Vətənini təmsil edib, belə bir uğura imza atmaq gözəl bir nailiyyətdir və təqdirə layiqdir!
Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritetdi və burada dövlətimizin gördüyü işləri də qeyd etmək lazımdır. Sosial şəbəkələrə nəzarət güclənib və milli mentalitetə zidd hərəkət edənlər barədə tədbir görünür.
Yekun da onu demək istəyirəm ki, heç kimə sirr deyil ki, son illər sosial şəbəkələrin həyatımızdakı rolu çox böyükdür və bu danılmaz faktdır, onda gəlin sosial şəbəkələrdən Məhəmməd kimi istifadə edək , ölkəmizi layiqincə təmsil edib, təbliğ edək.