“Ukraynadakı münaqişə Vaşinqton və onun müttəfiqlərinin digər ölkələri Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik etməyə yönəldiyini təsdiqləyir.”
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu məlumat verib.
“Bu gün Vaşinqton və onların əlaltıları dövlətlərlə, ilk növbədə Rusiya və Çinlə hərbi qarşıdurma yaratmaq üçün öz strateji planını həyata keçirirlər. Bu cür cinayətkar siyasətin bariz təsdiqi Ukraynadakı münaqişədir. Onun əsl məqsədi Rusiyaya strateji məğlubiyyət vermək, Çin üçün təhlükə yaratmaq və dünyada inhisarçı mövqeyini saxlamaqdır”, – Şoyqu cümə günü Yeni Dehlidə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşündə bildirib.