image-image_750x_64509cb26d878backend

Sudan qan gölünə döndü: 450 nəfər öldü

image-reklam_sirab_01

Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən toqquşmalar nəticəsində həlak olan dinc əhalinin sayı 436 nəfərə çatıb, 2174 nəfər isə yaralanıb.

“Toqquşmalar başlayandan indiyədək həlak olan mülki şəxslərin sayı 436-ya, yaralıların sayı isə 2174-ə çatıb”, – Vətəninfo.az xəbər verir ki, “Al Arabiya” telekanalı etibarlı mənbələrə istinadən xəbər verir.

Xatırladaq ki, Sudanda bir neçə gündür vətəndaş müharibəsi gedir.

Paytaxt Xartumda da az sayda ermənilər yaşayır və yeganə erməni apostol kilsəsi hərbi əməliyyatların qaynar bölgəsində yerləşir.

Əldə etdiyimiz məlumata görə, ermənilər arasında itki yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki