image-2backend

Sudanda yeddi günlük atәşkәs elan edildi

image-reklam_sirab_01

Sudanda 7 günlük atəşkəs elan olunub. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Mәlumata görә, tərəflər mayın 4-dən qüvvəyə minən 7 günlük atəşkəs haqqında razılığa gəliblər.

Beynəlxalq Miqrasiya Təşkilatı Sudandakı qarşıdurmalar səbəbindən təxminən 334 min insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.

Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərində Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında qarşıdurmalar başlayıb.

Sudan Səhiyyə Nazirliyi ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 528 nəfərin öldüyünü, 4599 nəfərin yaralandığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki