image-1677060887_arzuman-teze-1-2backend

“Sülhməramlılar Qarabağdakı erməni terrorçularının himayədarına çevrilib” – Arzuman Muradlı

image-reklam_sirab_01

“Erməni separatçıları yenidən fəallaşmağa başlayıblar. Azərbaycan ərazisində yaşayan separatçılar üçün silah-sursat, canlı qüvvə, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi də bundan xəbər verir. Təəssüf ki, bu hadisələr regionda müvəqqəti yerləşən sülhməramlıların gözü qarşısında , hətta, bəzən onların müşayiəti ilə baş verir . Baxmayaraq ki, bununla bağlı Azərbaycan tərəfinin çoxsaylı müraciətləri olub, ancaq indiyədək hər hansı bir tədbir görülməyib. İndi isə belə bir sual yaranır. Baş verə biləcək qarşıdurma kimin üzərinə düşür: Ermənistanın, yoxsa, sülhməramlıların? Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bütün bu ədalətsizliklərə beynəlxalq birlik yenə də laqeyd münasibət bəsləyir.”

Bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı deyib ki, beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olduğu bir vaxtda Qarabağda erməni separatçılarının baş qaldırmaq cəhdləri təəssüf doğurur.

“Həmişə olduğu kimi, bu dəfə də Ermənistan prosesi pozmaq üçün təxribatlara əl atır, özü də Rusiya sülhməramlılarının vasitəsilə. Yayılan videogörüntülərdən də aydın görünür ki, ərazilərimizdə aparılan yol tikintisi birbaşa sülhməramlılarının dəstəyi ilə həyata keçirilir. Göründüyü kimi, Qarabağda erməni separatçılarının təxribatları dayanmaq bilmir. Müxtəlif yollardan istifadə edərək onlara silah-sursat daşınır. Bu təxribata əl atanlar, görünür, “dəmir yumruğ”un dadını unudublar və könüllərinə yenidən “dəmir yumruq” düşüb. Azərbaycanın öz ərazisindəki həmin yolları nəzarətə götürməsi bizim suveren hüququmuzdur. Bunu heç bir dövlət və beynəlxalq təşkilat qadağan edə bilməz. Azərbaycanın öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacaq.Son hadisə və faktlar onu göstərir ki, sülhməramlılar Qarabağdakı erməni terrorçularının himayədarına çevrilib. Əsas məsələlərdən biri də budur ki, sülhməramlıların yarıtmaz fəaliyyəti Rusiya ilə qarşılıqlı etimad mühitinə də zərbə vurur. Bu qarşıdurma nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Amma Rusiya Müdafiə Nazirliyi də bilməlidir ki, Azərbaycan Qarabağa silah-sursat daşınmasının qarşısını bütün vasitələrlə alacaq.”, – deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki