image-photo-14488681680backend

Şuşanı xilas edən “Qartal”: Ramiz Cəfərovun həyat yolu

image-reklam_sirab_01

“Şuşa fatehi”, “Qartal” bu adları onun əsgərləri vermişdi. Hamı ona güvənirdi. “Qartal” onların yanında olanda onlara elə bil ilahi bir qüvvə gəlirdi. Söhbət  “Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovdan gedir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşıb. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.

Ramiz Cəfərov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda” , ”Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

R. Cəfərovun 1974-cü ilin dekabrın 10-da Ukraynada anadan olmuşdu. 1988-ci ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Orada Polad Həşimovla birgə oxuyublar. Dörd il liseydə təhsil aldıqdan sonra 1992-ci ildə Ryazan şəhərinə gedib və desant məktəbində təhsilini davam etdirib. 1996-cı ildən Azərbaycan Milli Ordusunda xidmət edirdi. Xüsusi Təyinatlı Qüvvələrdə komandir köməkçisi, gərargah rəisi idi. Vətən müharibəsində 42 gün qəhrəmancasına iştirak edib və noyabrın 6-da Şuşada şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah cəmi şəhidlərə rəhmət etsin.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki