image-image_750x_644f4a568f97ebackend

“Taliban” Rusiyanı hədələdi

image-reklam_sirab_01

Əfqanıstan rəhbərliyi təkcə ölkədə deyil, həm də regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən siyasət aparır.Vətəninfo.az xəbər verir ki, bu barədə “Taliban”ın rəsmi nümayəndəsi Zəbihullah Mücahid “Twitter” səhifəsində məlumat yayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Əfqanıstandakı radikal qruplaşmaların regionun təhlükəsizliyinə əsas təhdid olması ilə bağlı sözlərinə münasibət bildirən Mücahid bildirib ki, bu ölkədən Mərkəzi Asiya ölkələrinə heç bir təhlükə yoxdur.

“Rusiya hökumət rəsmiləri başa düşməlidirlər ki, son iki ildə region və dünya ölkələri üçün Əfqanıstandan heç bir təhlükəsizlik təhdidi olmayıb”, – Taliban sözçüsü yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki