image-5e8dc176753c8backend

Tarixdə bu gün: 12 aprel

image-reklam_sirab_01

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

***

1861-ci ilin 12 aprelində Cənubi Karolinada Amerika vətəndaş müharibəsi baş qaldırdı.

Rəsmi Vaşinqtonla köləliklə bağlı anlaşılmazlıq yaşayan 11 cənub əyaləti özünü müstəqil elan etdi. Bununla da Şimal – Cənub Müharibəsi başladı. Dörd il sürən vətəndaş müharibəsi ABŞ prezidenti Abraham Linkoln hökumətinin zəfərilə sona çatdı. Amma bu müharibədə 620 min adam həlak oldu.

***

1903-cü ilin bu günü Gürcüstanın paytaxtı Tiflisdə “Şərqi-Rus” qəzetinin ilk nömrəsi işıq üzü gördü.

1902-ci ildə mühacirətdən vətənə qayıdan filoloq, şərqşünas və publisit Məhəmmədağa Şahtaxtlı bu mətbu orqanına rəhbərlik edirdi.

Azərbaycan dilində qəzetin yaranması çar Rusiyasının türkdilli ziyalıları arasında böyük əks-səda doğurmuşdu. Cəmi 392 nömrəsi çıxan, nəşri 1905-ci ilin 15 yanvarında dayandırılan “Şərqi-Rus” qəzeti qadın azadlığı, dünyəvi elmlər və ana dili haqqında mütərəqqi fikirlər irəli sürürdü. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid kimi ədiblər bu qəzetlə əməkdaşlıq edib.

***

1914-cü ilin 12 yanvarında Azərbaycanın paytaxtı Bakıda ana dilində “Bəsirət” adlı həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzet nəşrə başlayıb. Cəmi 281 nömrəsi işıq üzü görən və 1920-ci il mayın 15-də dayandırılan bu qəzetlə Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Abbas Səhhət və başqa ziyalılar əməkdaşlıq ediblər.

***

Türkiyə tarixinin ilk mənbələrdən araşdırılması üçün Qazi Mustafa Kamal Atatürkün göstərişilə 12 aprel 1931-ci ildə Türk Tarixi Tədqiqat Cəmiyyəti yaradıldı.

***

1961-ci il aprelin 12-də Sovet kosmonavtı Yuri Qaqarin “Vostok” kosmik gəmisində dünyada ilk dəfə olaraq Yer ətrafında dövrə vurub və fəzada 108 dəqiqə qaldı. Bununla da bəşər tarixində kosmosun fəthi erasının əsası qoyuldu.

Hazırda 12 aprel bütün dünyada Beynəlxalq Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.

***

1945-ci ilin bu günü Amerika Birləşmiş Ştatlarının ən məşhur prezidentlərindən olan Franklin Delano Ruzvelt (Franklin Delano Roosevelt) həyatdan köçüb.

28 yaşında (1910) Demokratlar partiyasından Nyu-York senatına seçilən Franklin həm də 7 il (1913-1920) Dəniz nazirinin müavini işləyib.

39 yaşında ikən (1921) poliomielit xəstəliyinə tutularaq ömürlük sərbəst hərəkətetmə qabiliyyətini itirən Ruzvelt Аmerika tarixində bu günə qədər yeganə 4 dəfə (1932, 1936, 1940 və 1944) seçilən prezident sayılır.

İkinci Dünya Müharibəsi dövründə antihitler koalisiyasının yaradılması və möhkəmləndirilməsində Franklin Ruzveltin böyük xidmətləri olub. (1882-1945)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki