image-c9ed14cdd6e0e82b7d30499bb79996ccbackend

TƏCİLİ! Döyüş təyyarəsinə ZƏRBƏ endirildi – Müharibəyə səbəb olacaq hadisə

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” Vaşinqton hökumətinin yaz hücumunda Ukraynaya yardım planlarının Telegram və Twitter vasitəsilə sızdığını və sosial mediaya yayıldığını açıqlayıb. ABŞ-ın Müdafiə Nazirliyi “təhlükəsizliyin pozulması”nı nəzərdən keçirdiyini, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq isə departamentin məsələni araşdırdığını qeyd edib.

“The New York Times” yazır ki, məxfi sənədlərdə silah tədarükü, batalyon qüvvələri kimi həssas məsələlərlə bağlı cədvəllər və təfərrüatlar var. Səlahiyyətlilər çox məxfi sənədləri kimin sızdırdığını müəyyən etməyə çalışır, ABŞ Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı araşdırmalara başlayıb.

Pentaqonun məxfi sənədlərinin yayılması bir çox məxfi məlumatların ortaya çıxmasına səbəb olub. İngiltərənin “The Telegraph” qəzeti sızdırılmış sənədlərdə keçən il baş vermiş təhlükəli bir detalı oxucularla bölüşüb.

Qəzetdə yer alan xəbərə görə, ötən il Rusiyaya məxsus Su-27 döyüş təyyarəsinin pilotu yer nəzarətçisindən verilən əmri səhv başa düşərək, Britaniyaya aid RAF müşahidə təyyarəsinə raket zərbəsi endirib. Təyyarədə baş vermiş texniki nasazlıq böyük böhranın qarşısını alıb. Pilot raketi vurmağa çalışsa da, zərbə baş tutmayıb.

Sentyabrın 29-da Qara dənizdə baş vermiş insident barəsində məlumatlı olan iki ABŞ müdafiə rəsmisi “New York Times” qəzetinə bildirib ki, hadisə çox ciddi olub və müharibəyə yol aça bilərdi. Rəsmilərdən biri hadisəni “həqiqətən qorxulu” adlandırıb.

RAF sözçüsü mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles oktyabrda parlamentə Rusiya təyyarəsinin Britaniya təyyarəsi yaxınlığına raket atdığını açıqlayıb. Kreml isə bunu “texniki nasazlıq” adlandırıb.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki