image-reklam-veteninfo
image-1backend

Tehran diplomatik təmasların mərkəzinə çevrilir: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmiləri görüşəcək

image-reklam-veteninfo

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli nümayəndələrinin bu gün Tehranda İran rəsmiləri ilə görüşəcəkləri bildirilir.

Vətəninfo.az-ın  “Reuters”ə istinadən yaydığı məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri və ölkələr arasında koordinasiyanın gücləndirilməsi müzakirə olunacaq.

Məlumata əsasən, Səudiyyə Ərəbistanını müdafiə naziri, şahzadə Xalid bin Salman, Pakistanı isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, feldmarşal Asim Munir təmsil edəcək. Türkiyəni Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının təmsil edəcəyi gözlənilir. Bununla belə, “Reuters”in məlumatında Kalının adı açıq şəkildə qeyd olunmayıb.

Görüş Yaxın Şərqdə gərginliyin artdığı, region ölkələrinin isə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Danışıqların mümkün nəticələri və tərəflərin hansı konkret məsələlər üzrə razılığa gələcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki