“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən əməkdaşların peşəkar bilik və bacarıqlarının yenilənməsi məqsədilə hər il sosial iş və icma ilə iş üzrə təlimlər keçirilir.
01.02.2025-ci il tarixində təşkilatın əməkdaşları üçün növbəti təlim keçirilib. Təlim zamanı sosial işçilərə icma nümayəndələri ilə düzgün ünsiyyət qurmaq, onların ehtiyaclarını müəyyənləşdirmək, profilaktik məlumatları düzgün çatdırmaq və zəruri xidmətlərə yönləndirmək üzrə praktiki biliklər təqdim olunub.
Həmçinin İİV profilaktikası, təhlükəsiz davranış, test xidmətlərinə yönləndirmə və İİV-lə yaşayan şəxslərlə iş zamanı diqqət yetirilməli əsas məqamlar müzakirə edilib.
Təlimin əsas məqsədi əməkdaşların biliklərini mütəmadi yeniləmək və icmaya göstərilən sosial və profilaktik xidmətlərin keyfiyyətini artırmaqdır.


























