image-dunya_turizm786backend

Tətil üçün dünyanın ən yaxşı ölkələri – Siyahıda Azərbaycan yüksək pillədədir

image-reklam_sirab_01

Beynəlxalq “Travellers’ Choice Awards”-ın nəticələrinə görə, Kuba 2023-cü ildə tətil üçün dünyanın ən yaxşı ölkəsi seçilib. Azərbaycan reytinq sıralamasında 8-ci yerdədir.

Vətəninfo.az xəbər verir ki, tam siyahı “TripAdvisor” onlayn xidmətinin saytında dərc olunub.

“Dünyanın hər yerindən gələn qonaqlara Kubada mədəni mübadilə üçün gözəl imkanlar təqdim edilir. Havana köhnə dünya memarlığı ilə müasir mədəniyyətin qarışığıdır. Daha çox İspan müstəmləkə memarlığını görmək üçün paytaxtdan kiçik Trinidad şəhərinə gedin”, – məlumatda qeyd olunub.

Reytinqdə ikinci və üçüncü yerləri Vyetnam və Mavrikiy ada dövləti tutub. Onları Kamboca və Tailand izləyir. Kayman adaları (6), Mərakeş (7), Azərbaycan (8) və Nepal (9) da ən yaxşı səyahət istiqamətləri kimi tanınıb. Ən populyar turizm istiqamətləri arasında 10-cu sırada Polşadır.

Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən olan səyahətçilərin “TripAdvisor” saytında qalan milyonlarla şərhləri və rəyləri əsasında tərtib edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki