image-337993290_3421140844874277_4448012320661590379_nbackend

“The Wall Street Journal”: “Rusiya İrana kiberavadanlıq ötürür”

image-reklam_sirab_01
İran Rusiyadan kiber məkanda müşahidə və senzura, fotoqrafiya avadanlıqları, dinləmə cihazları və yalan detektorları texnologiyaları alır. Vətəninfo.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşrinin yazısında deyilir.
Məqalə müəllifi iddia edir ki, İran və Rusiya iki il öncə kiberəməkdaşlıq haqqında saziş imzalayıb.
Qeyd olunur ki, əvvəllər Rusiya qaranlıq şəbəkədə (darknet) istifadəsi səbəbindən İrana kiber hücum texnologiyaları verməkdən ehtiyat etsə də, Ukraynada xüsusi əməliyyat başlayandan sonra vəziyyət dəyişdi və Moskva bu texnologiyanın proqram təminatını ötürməyə başladı.
Toronto Universitetinin Citizen Lab mərkəzinin araşdırmasına görə, İran Rusiyanın “Protey” şirkətindən internet senzura proqramlarını alıb və İranın mobil rabitə provayderi “Ariantel”ə verib.
Bundan əlavə, bildirilir ki, İran hakimiyyəti daxili etirazlar zamanı internet trafikini ləngidib və etirazçıların axtarışı və saxlanması üçün müşahidə sistemlərindən istifadə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki