Albaniya hökuməti Çinin “TikTok” sosial şəbəkə platformasını ən azı 1 il müddətinə qadağan etmək qərarına gəldi.
Baş nazir Edi Rama yerli mətbuata verdiyi açıqlamada ölkədə neçə müddətdir müzakirə edilən “TikTok qadağası” ilə bağlı qərarı qəbul etdiklərini bildirib. O, qərar çərçivəsində “TikTok”a 2025-ci il boyu ən az 1 il müddətinə yasaq qoyulacağını söyləyib.
Qeyd edək ki, sözügedən qərarın noyabrın 18-də Albaniyanın paytaxtı Tirandakı Ran Noli orta məktəbinin 14 yaşlı şagirdi Martin Cani adlı oğlanın həmyaşıdı tərəfindən bıçaqla öldürülməsindən sonra verilməsi diqqət çəkir. Bundan sonra sosial şəbəkələrdə mövzu gərgin müzakirələrə səbəb olmuşdu. Ölkənin Baş naziri Edi Rama hadisədən sonra verdiyi ilk açıqlamada “TikTok” və “Snapchat”ı qadağan etmək fikrini irəli sürmüşdü.