image-11backend

“Time” jurnalı dünyanın 100 ən nüfuzlu adamının reytinqini dərc edib

image-reklam_sirab_01

“Time” jurnalı dünyanın 100 ən nüfuzlu adamının reytinqini dərc edib. Onların arasında iş adamı İlon Mask, futbolçu Lionel Messi, müğənni Beyons, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz, Yaponiyanın baş naziri Fumio Kişida, Böyük Kral III Çarlz yer alıb.

Vətəninfo.az xəbər verir ki, reytinqə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya, Rusiyada həbs edilən jurnalist Evan Qerşkoviç və başqaları da daxil edilib.

Reytinqə daxil olanların hər biri haqqında müvafiq sahənin tanınmış nümayəndəsinin yazdığı məqalə var.

Zelenskaya “Liderlər” kateqoriyasında birinci olub, onun haqqında məqaləni ABŞ-ın birinci xanımı Cil Bayden yazıb.

The Times qalibləri aşağıdakı kateqoriyalar üzrə sıralayıb:

Sənətçilər – aktyor Maykl B. Jordan;

Aktrisa – aktrisa Jennifer Coolidge;

Pionerlər – reper Doja Cat;

Titanlar – aktrisa Angela Bassett;

Yenilikçilər – Bob İger, The Walt Disney Company Direktorlar Şurasının sədri.

Siyahıya ən çox Çin lideri Si Cinpin (13 dəfə), ikinci yerdə ABŞ-ın keçmiş prezidenti Barak Obama (11 dəfə) düşüb. Rusiya prezidenti Vladimir Putin 7 dəfə sıralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki