image-reklam-veteninfo
image-1backend

Tramp Filippində diplomatik ziyafət əvəzinə “Jollibee” menyusu ilə qarşılanıb

image-reklam-veteninfo

Filippin Prezidenti Ferdinand Markos kiçik, lakin maraqlı jestlə ABŞ Prezidenti Donald Trampı və onun nümayəndə heyətini yerli fast-food şəbəkəsinin yeməkləri ilə qonaq edib.

Vətəninfo.az xəbər verir ki, Filippin Prezidentinin Kommunikasiya Ofisinin məlumatına görə, Markos Tramp və nümayəndə heyəti üçün məşhur “Jollibee” restoranlar şəbəkəsindən gecə yeməyi sifariş edib.

“Dünən gecə əməkdaşlarımdan xahiş etdim ki, yatmazdan əvvəl sizin və nümayəndə heyətinizin yemək yeməsi üçün ‘Jollibee’dən sifariş versinlər”, – deyə Filippin Prezidenti bildirib.

Markos yerli brendin ölkədə böyük populyarlıq qazandığını, menyusunun ən məşhur təamlarından birinin isə qızardılmış toyuq olduğunu vurğulayıb.

O, həmçinin “Jollibee”nin ABŞ-da da geniş yayıldığını və populyarlıq baxımından “KFC”ni geridə qoyduğunu iddia edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki