Dünən ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Tramp bu barədə Baltimorda keçirilən tədbirdə çıxışı zamanı danışıb. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran ətrafında tətbiq etdiyi blokadanı və boğazdakı gəmi hərəkətlərinə nəzarəti vurğulayıb.
“Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-yə məxsusdur. Hazırda vəziyyət belədir”, – deyə Tramp bildirib.


























