Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Putinlə Səudiyyə Ərəbistanında görüş keçiriləcək və orada Rusiya-Ukrayna müharibəsinə son qoymağın yolları müzakirə olunacaq. Bu bəyanat dövlət başçıları arasında uzun sürən telefon danışığından sonra verilib.
Bundan əlavə, prezidentlər bir-birinin ölkələrinə mümkün səfərlər barədə razılığa gəliblər. Putin Rusiya liderinin ABŞ-a gözlənilən səfərinə cavab olaraq Trampı Moskvaya səfərə dəvət edib.