image-tramp-zelinskibackend

Tramp- Zelenski “tamaşası”: ABŞ  Ukraynanı döyüş meydanında tək qoyur

image-reklam_sirab_01

Donald Tramp, Volodimir Zelenski arasında keçirilən görüş bütün dünyaya nümayiş olundu.
ABŞ prezidentinin “Ya sən sövdələşmə bağlayacaqsan, ya da biz ayrılacağıq” xəbərdarlığı zamanı atmosferi nəzərəçarpacaq dərəcədə qızışdırdı. Tanınma tələbləri və üstüörtülü təhdidlərlə qeyd olunan bu görüş böyük rezonansa səbəb oldu.

Avropa mediası baş verən hadisəni “KİÇİK QULDURLARIN ÜSULU” olaraq dəyərləndirirlər və qeyd edirlər ki, ötən gün Vaşinqtondakı iyrənc mənzərə Avropada Trampa qarşı ehtiraza səbəb olmalıdır, əks halda Avropadan Ukraynaya qarşı hansısa ümidlərin formalaşma imkanları çox azdır. Avropa mediası Trampın və  dövlət katibi Vensin hərəkətlərini təkəbbür, yalan və qəddarlıq olaraq dəyərləndirməklə yanaşı, eyni zamanda 3 ildir ölkəsinin yaşaması üçün mübarizə aparan dövlət başçısına dünya ictimaiyyəti qarşısında necə yanaşmasını da tənqid ediblər. Onlar Tramp və Vensin yalanlar danışdığını, eyni zamanda Tramp və Vensin Volodimir Zelenskiyə qarşı birgə mübarizə apardıqlarını qeyd edirlər.

Vətəninfo.az xəbər verirk ki, “Le Ponit”nəşri yazır ki, Ukrayna prezidentinə qarşı qurulan bu tələnin iyrənc cəhətindən başqa, təhlükə təkcə Ukraynaya qarşı deyil, eyni zamanda Avropanın təhlükəsizliyidir.

“Dünyanın qalan hissəsinə olan etibarımız balanslaşmış şəkildədi, rəsmi ayaqaltı statusu heç vaxt yaxşı nəsə vəd etmir. Volodimir Zelenskinin alçaldılması da bizimdir”-deyə məqalədə qeyd edilir. Nəşr qeyd edir ki, artıq Avropa Birliyi fövqəladə vəziyyət i tədbiq etməyə borcludur.

Nəşir yazır: “Avropalıların yeganə mümkün reaksiyası, əlbəttə ki, britaniyalılarla təcili şəkildə bir araya gələrək sammit keçirməli, sammit bitən kimi, bir az da olsa, Ukraynaya dərhal silah göndəriləcəyini elan etməkdir. Ehtiyatlar fövqəladə hallar üçün yaradılır . Yoxsa biz artıq “fövqəladə vəziyyət” sözünün nə demək olduğunu bilmirik”.

Nəşir yazır ki, Avropa Birliyinin  ötən gün baş verən hasidəsədən sonra Ukrayna ilə həmrəyliyin sadəcə sözlər olmadığını göstərməyin vaxtı çatıb.

Bəs bundan sonra ABŞ-Ukraya münasibətləri necə olacaq?

Ukrayna ABŞ Prezidenti Donald Trampın Amerikanın vermiş olduğu maliyyə yardımları qarşılığında Kiyevin nadir torpaq metallarına sahib olması üçün, hazırlanan müqaviləni bağlamasınmı, yoxsa Ukraynada Prezident seçkilərinin keçirilməsi və Zelenskinin postundan uzaqlaşdırılmasınmı?

Zelenskinin postundan uzaqlaşdırılması, onun yerinə ABŞ və Rusiyanın maraqlarına xidmət edən birinin gətirilməsi, ötən gün baş verən qalmaqaldan sonra, bir qədər müəmmalı görünür. Amma istənilən halda qərarı Ukrayna xalqı verməlidir.

Zelenskinin Vaşinqtondan Britaniyaya üz tutması isə, göstərir ki, o elə də asan şəkildə təslim olmaq fikrində deyil.

Bu arada Fransa prezidenti  Emmanuel Makron da Tramp-Zelinski qalmaqalından sonra bildirib ki, Avropa Birliyi Ukraynaya kömək etməklə, üç il əvvəl Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə və bunu davam etdirməklə haqlı olduğunu bir daha göstərmiş oldu: “Ukrayana xalqı əvvəldən öz ləyaqətləri, müstəqillikləri, övladları və Avropanın təhlükəsizliyi üçün mübarizə apardı. Mübarizə aparanlara hörmət etmək lisə hər bir Avropalının borcudur”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image