image-trampbackend

Tramp zorlamada,pul mənimsəməkdə ittiham olunan, alkoqolik bu şəxsə vəzifə verdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,siyasi ekspert Ərəstun Oruclu ABŞ-ın yeni seçilən Donald Trampla bağlı maraqlı aşıqlama paylaşıb.

image-img_8733

Ekspert vurğulayıb ki,Azərbaycanda da bir xeyli insanın rəğbət bəslədiyi Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətinin 6-cı gününü arxada qoydu. Bu müddətdə o, (hələlik) aşağıdakı addımları atıb.

1. Zorlamada, pul mənimsəməkdə ittiham olunan, alkoqolik, mayor rütbəsi olan keçmiş milli qvardiya hərbçisi Pit Heqseti dünyanın ən böyük qurumu və büdcəsi olan Pentaqonun başçısı təyin etdi;

2. Meksika körfəzinin adını dəyişərək onun Amerika körfəzi adlandırılması barədə sərəncam imzaladı;

3. Danimarkanın baş naziri ilə telefonla danışaraq Qrenlandiya adasının ABŞ-a verilməsini tələb etdi;

4. Öz təbirincə desək, dəniz sahilində yerləşən və cəlbedici məkan olan Qəzza zolağının sakinlərinin Misirə və Iordaniyaya köçürülməsini bu dövlətlərin başçılarından istədi;

5. ABŞ vergilər nazirliyi funksiyasını yerinə yetirən IRS-in (Internal Revenue Service) 80 min əməkdaşını ixtisar etdi;

6. ABŞ Konstitusiyasının tələblərinə zidd olaraq ölkə ərazisində doğulmuş qanunsuz miqrantların uşaqlarına ABŞ vətəndaşlığı verilməsinin ləğv edilməsi barədə sərəncam imzaladı;

7. Özü ağılda olan şəriki Ilon Maskın vasitəsilə Almaniyanın və Böyük Britaniyanın ifrat sağçı (millətçi) partiyalarına açıq şəkildə siyasi dəstək verdi;

8. Onu tənqid etmiş və dövlətin mühafizəsi altında olan bütün düşmənlərini həmin mühafizədən məhrum etdi və bunlar da hələ hamısı deyil.

Trampın və onun özünə layiq komandasının xaos dünyasına xoş gəldiniz!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image