image-trendyol1677234589backend

“Trendyol”un Azərbaycan bazarına gəlməsi qiymətlərə necə təsir edə bilər?

image-reklam_sirab_01
Trendyol”un Azərbaycana gəlişi çoxdan gözlənilirdi. Ancaq “PAŞA Holding”lə anlaşma çərçivəsində gəlişi bir az gözlənilməz oldu.Bu sözləri ötən gün bu iki qurumun İstanbulda keçirilən “TEKNOFEST” çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalaması haqda ekspert Osman Gündüz qeyd edib.

Ekspert bu anlaşmanın Azərbaycan bazarına necə təsir edəcəyini də məsələsinə də toxunub:

“1. “Trendyol” kimi nəhəng, bazar təcrübəsi olan və məşhur e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış-veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər;

2. Ancaq bu, yalnız Trendyol”a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabəti çox çətinləşdirəcək. Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşəcəklər. Son 2-3 ildə bu tip karqo şirkətlərin sayı təxminən 200-ə çatmışdı;

3. Düşünürəm ki, nisbətən böyük karqo şirkətlərimiz, “Trendyol”dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər. “PAŞA Holding”in bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlıq da bu karqo şirkətlərin gələcək taleyində mühüm rol oynayacaq;

4. Düşünmək olar ki, e-ticarət ekosistemində “PAŞA Holding”in , onun e-ticarət platforması olan “Umico”nun xüsusi çəkisi artacaq. “PAŞA Holding” bu bazarda nəhəng oyunçuya çevriləcək. Güman ki, “Trendyol” üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi Paşa Bankın ödəniş sistemi ilə  reallaşacaq. “PAŞA Holding” və “Trendyol” anlaşmalarının “Umico”nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu da olan “Umico” daha geniş müştəri bazası əldə edə biləcək və s. Bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər. “PAŞA Holding” son zamanlar yeni ödəniş sistemləri də formalaşdırıb. Güman ki, Trendyol Yemək və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq.

Beləliklə belə davam etsə, “PAŞA Holding” Azərbaycanın karqo, fintex və e-ticarət sektorunda hətta hökmran mövqeyə sahib olsun. Belə olan halda isə Holdinq  antiinhisar qanunvericiliyin perimetrinə daxil olacaq.

Əsas məsələ “Trendyol”un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlərin necə olacağıdır. Anlaşmanı imzalayan “PAŞA Holding” rəhbəri Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını bildirib. Ancaq Azərbaycan bazarında olan bəzi brendlərin “Trendyol” vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki