image-reklam-veteninfo
image-77backend

Tunis sahillərində mühacirləri daşıyan 2 qayıq batıb

image-reklam-veteninfo

Tunisin cənub sahillərində qanunsuz mühacirləri daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

Vətəninfo.az xəbər verir ki, Sfax şəhərindən 35 mil uzaqlıqda batan birinci qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın mühacir isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir.

Aralıq dənizində batan ikinci qayıqda 43 qanunsuz mühacirin bildirilib. Onlardan 36-sının xilas edildiyi, 4-nünü cəsədinin tapıldığı, 3 nəfərin isə dənizdə batdığı qeyd olunub.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki