image-1683282436_47backend

“Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətinə dəstək olacağıq” – Cahit Bağcı

image-reklam_sirab_01
“Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətinə yaxından dəstək olacağıq”.

 

 

 

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc və Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə görüşdə deyib.
C.Bağcı Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasını tarixi hadisə kimi qiymətləndirib. O, qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin təşəbbüsü ilə türk dövlətləri arasında inteqrasiya bütün sahələrdə davam etdirilməlidir. Diplomat əlavə edib ki, Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlər də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Türkiyənin Azərbaycandakı Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal Türkiyə və Azərbaycan qiymətləndiriciləri arasında Anlaşma Memorandumunun imzalanmasını, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın rəsmi üzvlüyü, eləcə də müşahidəçi üzv qismində Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin iştirakı ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılmasının türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıb. Ticarət elçisi rəhbərlik etdiyi qurumun da ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini deyib.
Qeyd edək ki, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi gələn ay Qazaxıstanda təsis ediləcək. Ötən ay türk dövlətləri qiymətləndiricilərinin Bakıda keçirilmiş zirvə görüşündə birliyin nizamnaməsi qəbul edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki