image-reklam-veteninfo
image-tdtbackend

Türk dünyasının həmrəylik Zirvəsi: Ankarada yeni dövrün başlanğıcı və iqtisadi inteqrasiya

image-reklam-veteninfo

Bu il oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin iştirakı ilə genişmiqyaslı Zirvə toplantısının keçirilməsi nəzərdə tutulur. Bu əlamətdar tədbir çərçivəsində təşkilata sədrliyin Türkiyəyə keçməsi qardaş ölkələr arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək yeni strateji mərhələnin təməlini qoyacaq.

TDT son illərdə yalnız regional deyil, həm də qlobal miqyasda nüfuzunu sürətlə artıran güc mərkəzinə çevrildiyi şübhəsizdir. Coğrafi mövqeyi, nəqliyyat dəhlizləri üzərində yerləşməsi və zəngin təbii ehtiyatları qurumun beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirir. Xüsusilə “Orta Dəhliz” və gələcək logistik layihələr Şərqlə Qərb arasında ticarət dövriyyəsini asanlaşdırmaqla yanaşı, təşkilata üzv ölkələrin geosiyasi çəkisini və strateji əhəmiyyətini durmadan artırır.

Son illərdə Türk Dövlətləri Birliyi üzvləri arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Aparılan statistik təhlillər və rəsmi rəqəmlər inteqrasiyanın real nəticələrə diqqət yetirsək görmək olar ki,təkcə son illərdə Türkiyənin TDT-yə üzv ölkələrlə (Azərbaycan, Kazakistan, Qırğızıstan və Özbekistan) xarici ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür. Məsələn, son 5 illik dövrdə qarşılıqlı ticarət həcmi 62,6 milyar dolları ötüb ki, bunun təxminən 36,6 milyar dollarını ixrac, 26 milyar dollarını isə idxal əməliyyatları təşkil edib.
Ölkələr üzrə göstəricilərə gəldikdə isə,bu müddət ərzində Türkiyənin TDT üzvləri arasında ən çox ixrac həyata keçirdiyi ölkə təxminən 12,8 milyar dollarla Azərbaycandır. Eyni dövrdə Özbekistan ilə ticarət həcmi 15,8 milyar dollara, Kazakistan və Kırgızıstan ilə də əhəmiyyətli rəqəmlərə çatmışdır. Ümumilikdə isə TDT üzv və müşahidəçi ölkələrlə ümumi illik ticarət həcmi 27 milyard dolları (cari göstəricilərdə təxminən 27,8 milyar dollar səviyyəsini) aşaraq yeni rekorda imza atıb.
Bu rəqəmlər ticarət maneələrinin aradan qaldırılması, gömrük prosedurlarının sadələşdirilməsi və ortaq investisiya fondlarının yaradılması istiqamətində atılan addımların bəhrəsini verdiyini göstərir. Qeyd etməliyəm ki, üzv dövlətlər beynəlxalq arenada bir-birlərinin haqlı mövqelərini dəstəkləyir, qlobal təhlükəsizlik, sabitlik və sülh məsələlərində ortaq siyasi iradə nümayiş etdirirlər.İqtisadi və enerji təhlükəsizliyinə gəldikdə isə, xam neft, təbii qaz və yaşıl enerji layihələrinin şaxələndirilməsi, eləcə də rəqəmsal ticarət imkanlarının genişləndirilməsi TDT ölkələri arasında iqtisadi sabitliyin əsasını təşkil edir. Hərkəs üçün aydırdır ki, TDT-na üzv dövlətlər arasında mədəni-humanitar bağlar elə bir tarixdən gələn vahid milli mirasla bir-birinə balanıb. Ortaq tarix, dil və dəyərlərə əsaslanan mədəniyyət layihələri, gənclər proqramları, eləcə də TÜRKSOY və Türk Akademiyası kimi qurumların fəaliyyəti xalqlarımız arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Son olaraq qeyd etməliyəm ki, yuxarıda vurğuladıqlarım fonunda Ankarada keçiriləcək bu Zirvə toplantısının qəbul edəcəyi qərarlar türk dünyasının gələcək inkişafına mühüm təkan verəcək, iqtisadi-siyasi inteqrasiyanı və ticarət həcmini daha da yüksək hədəflərə daşıyacaqdır.

Nahid Canbaxışlı                                                                                                         “Vətəninfo.az İnformasiya Agentliyi”nin baş redaktoru                                                 “Jurnalistlər Ekstremal Şəraitdə”İctimai Birliyinin sədri




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki