image-1backend

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində jurnalistlərlə görüş keçirilib

image-reklam_sirab_01

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə keçirilən görüşdə birgə əməkdaşlıq, görülən tədbirlər, yeni tərəfdaşlıq istiqamətləri və biznes dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, görüşdə Türkiyə Səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir, səfirliyin baş ticarət müşaviri Yakub Sefer və “MÜSAİD Azərbaycan”ın idarə heyətinin üzvü Ufuk Polat iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image