image-1682491275_ssbackend

Türkiyə səfiri Ərdoğana: Rəbbimdən şəfalar diləyirik

image-reklam_sirab_01

“Millətimizə xidmət yolunda gecəsini gündüzünə qatan Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana keçmiş olsun diləklərimizlə Rəbbimdən təcili şəfalar diləyirik”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində yazıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. “Kanal 7” və “Ülke TV” kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən efir kəsilib və reklama keçid edilib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib, Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.

“Dünən və bu gün gərgin təbliğat işləri var idi, mədəmə ciddi soyuq olub. Hətta bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi, deyə düşündüm. Dedim, artıq söz vermişik, gedərik. Təbii ki, bu gərgin işdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizdən və tamaşaçılarımızdan halallıq istəyirəm”, – Ərdoğan deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki